Sığorta şirkətinin məlumatına görə, Xiaomi SU7 Tesla Model 3-dən baha olacaq
Çin avtomobil mediası Xiaomi-nin ilk avtomobili olan Xiaomi SU7 sedanının qiymətini açıqlayıb. Məlumatın böyük sığorta şirkətindəki mənbədən əldə edildiyi bildirilir.
Üst konfiqurasiyada olan avtomobilin qiyməti 361 400 yuan (51 min dollar və ya təxminən 86700 manat) təşkil edəcək. Tesla Model 3-ün top versiyasının Çində 285 900 yuan (40 min dollar və ya təxminən 68000 manat) olduğunu nəzərə alsaq, ucuz deyil. Bununla belə, öz avtomobilini qiymətləndirərkən, Xiaomi daha yüksək səviyyəli avtomobillərə - məsələn, Porsche Taycan-a diqqət yetirir.
Əvvəllər Xiaomi rəhbəri Lei Zun dəfələrlə demişdi ki, Xiaomi SU7 öz xüsusiyyətləri və avadanlıqları ilə sadəcə olaraq 150, hətta 200 min yuana başa gələ bilməz. Beləliklə, sığorta şirkətinin məlumatları rəsmi olaraq təsdiqlənməsə də, olduqca inandırıcı görünür.