Səbət

Paltaryuyan maşını kim kəşf edib?

29 May 2022

blog_1653841478.webp
1791-ci ildə Ferguson Hardie adındakı ingilis roller qolu ilə çalışan və insan gücünün çox istifadə edildiyi rollerdən bir sistem inkişaf etdirdi.
1858-ci ildə Hamilton E. Smith dünyanın ilk mexaniki paltaryuyan maşının patentini götürmüşdür. Paltaryuyan maşınlar ilk başlarda gəmi içində dönən çarxlardan meydana gəlirdi. Yandakı qol çevrildiyində gəminin içindəki çarxlar dönərək paltarların çirkini axıtmağı təmin edirdi. Bu maşınların istifadəsi çox çətin idi.

Ala Fischer, 1906-cı ildə paltaryuyan maşını icad etdi. Maşının içinə üfüqi olaraq bir nağara yerləşdirildi. Bu nağara çirkli paltarların qoyulduğu yerdir. Elektrik köməyi ilə dönən nağara dönərək içindəki paltarlar suyla təmas edərək təmizlənirdi.
İngilis firması qarışdırıcını gəminin içinə yerləşdirərək qarışdırıcının paltarlara dəymədən yuyunmasını təmin edən bir sistem inkişaf etdirmişdir.
Quruducu paltaryuyan maşın 1924-cü ildən çıxarılmağa başlandı. Paltaryuyan maşınların inkişafı sürətlə irəliləyərək günümüzə qədər gəldi.
Müasir texnologiyanın əvvəlində paltar yumaq heç də sanıldığı qədər asan, sıravi bir iş deyildi. Paltar yumaq, ən az iki gün və böyük zəhmət tələb edirdi.
Paltaryuyan maşınlar sayəsində dərə kənarlarında çirkli paltar döyəcləməkdən xilas olmuş və yalnız bir neçə dəqiqədə paltar yuyar vəziyyətə gəldik. Artıq paltarları çirk və ləkələrdən təmizləmək üçün əl gücünə ehtiyac yoxdur.Burada mənim anamın paltar yumağı yadıma düşdü.Anam paltar yumağa ən azı yarım gün sərf edir,yuyulmuş paltarı asmaq üçün bəzən qonşu qadınlarla mübahisə edirdi.Bu vəziyyət təxminən 2000-ci illərin əvvəllərinə qədər davam edib. Bu gün bizə paltar yumaqda paltaryuyan maşınlar, çıxarılan yumşaldıcılar, ləkə çıxarıcılar kömək etməkdədir.
 İlk paltaryuyan maşının ixtiraçısı almaniyalı Karl Millerdir.1899-cu ildə Karl qadınların işini yüngülləşdirmək üçün paltaryuyan maşını icad etdi. Dünyada ilk dəfə elektriklə işləyən paltaryuyan maşın
isə amerikalı mühəndis Alva Fişer tərəfindən ixtira olunmuşdur. Çirkli paltarlar uzunsov şəkilli metal barabanın içərisinə doldurulardı. Onu elektrik mühərriki hərəkətə gətirirdi.Nəticədə çirkli paltarlar tədricən yuyulurdu.İlk kombinə edilmiş maşın 1914-cü ildə Syevyec Armsin şirkəti tərəfindən istehsal olunmuşdur.

ətraflıBura tıklayın
 
Bizə yazın