Səbət

Led lampalar alarkən nələrə diqqət edilməlidir?

23 Yanvar 2022

blog_1642937141.webp
Elvin Hacəliyev yazır;

Bu gün sizə hamıya sadə kimi görünən, amma kifayət qədər ciddi bir məsələdən söhbət açmaq istəyirəm. Hamımız evimizdə, ofisimizdə lampa seçimini kortəbli şəkildə edirik. Amma yazdıqlarımdan sonra kortəbii seçimin çox yanlış olduğunu görəcəksiniz. Daha geniş yayıldığı və qənaətcil olduğu üçün izahı led lampalar üzərindən verəcəm. İlk öncə lampa üzərində yazılmış yazıların mənalarını açıqlayım.

1. 7W (Vatt) - lampanın gücünü göstərir. Bu o deməkdir ki, 7W gücündə olan lampa 1 saat ərzində 7W/saat sərfiyyata malikdir və 1 saatda sayğac yeni qiymətlə 7W/saat:1000×0.08=0,00056 azn pul sərf edir. Yəni 7W gücündə olan lampa təxminən 1785 saat fasiləsiz işləməlidir ki, 1 azn pul sərf etsin.

2. E27 (E14, E40) - patron yuvasının millimetrlə diametrini göstərir. Standart ölçü E27-dir.

3. 3000K (kelvin) - buna rang temperaturu deyilir. 3000K sarı led, 6500K isə ağ leddir. Ümumiyyətlə göz üçün ən yaxşı seçim 3000K qəbul edilir.

4. 175-265V (volt) - lampanın işləmə gərginlik intervalıdır. Yəni lampa minimum 175 voltda, maksimum 265 voltda çalışır.

5. 50-60Hz (herz) - məişətdə istehlak etdiyimiz qeyri sabit cərəyanın tezliyidir. Kobud olaraq bu o deməkdir ki, lampa saniyədə 50-60 dəfə sönüb yanır. Lakin biz sezmirik.

6. 630Lm (lümen) - işıq selidir. Yəni, 1 saniyədə lampadan çıxan işıq miqdarı. Bu çox önəmli kəmiyyətdir. Lampalar üçün seçim məhz bu kəmiyyət üzərində üzərindən edilir.

Yaşayış evində ən mükəmməl işıqlandırma üçün otağın hər kvadrat metrinə 300Lm işıq seli düşməlidir. 300Lm-dən az və ya çox işıqlandırma göz problemlərinə və əsəb gərginliyinə səbəb olur. İndi bildinizmi niyə lampa seçimi bu qədər önəmlidir?!

Misal olaraq, sizin eni 7 metr, uzunu 4 metr olan otağınız var. Bura 2 ədəd lüstür quraşdırmısınız və hər lüstürdə 5 lampa yeri var. Bu otağa lampa belə seçilir: ilk olaraq otağın kvadratı tapılır. 7x4=28m². Daha sonra otağın işıq seli ehtiyacı tapılır. 28m²x300Lm=8400Lm. Daha sonra otağın işıq seli ehtiyacı otaqdakı lampa sayına bölünür. 8400Lm:10=840Lm. Daha sonra 10 ədəd 840 lümenlik lampa alınıb yerinə taxılır. Məhz 840 lümenlik lampa olmasa da, ona ən yaxın lampa ala bilərsiniz. Led lampalarda hər Vatt 90 lumen qəbul edilir. Məsələn, 9 vattlıq lampa 9x90Lm=810Lm işıq seli verir. Bu zaman siz 10 ədəd 9 vattlıq lampa alıb otağınıza qoyacaqsınız. Bütün bunları etməklə siz həm gözünüzü, həm əsəblərinizi qoruyacaqsınız.
Bizə yazın