04 Oktyabr 2021
Ətraf mühitin mühafizəçiləri planetimizi qlobal istiləşmədən xilas etmək üçün təsirli və ucuz bir yol təklif ediblər. Mütəxəssislərin fikrincə, binaların damlarını yaşıllaşdırmaq əhalini nəinki iqlim böhranının təsirindən qoruya bilər, həm də elektrik enerjisi xərclərini azalda bilər.
Dünya Vəhşi Təbiət Fondunun və Böyük Britaniyanın Quşların Mühafizəsi Kral Cəmiyyəti (RSPB) tələbi ilə edilən bir araşdırmadan sonra bu qənaətə gəlinib.
Elm adamlarının fikrincə damlarda qalın torpaq təbəqəsi həmin binada istiliyi yayda 12 dərəcə aşağı sala bilər, qışda və mövsüm aralarında havanın filtrasiyası və yüksək əmicilik isə daşqınlardan qoruya bilər.
Ətraf mühit üçün divarlarda bitkilər də faydalı hesab edilib - bu yolla evin cənub tərəfini 32 dərəcə sərinlətmək mümkündür. Bütün bunlar elektrik enerjisinə 59 faiz qənaətə (kondisionerdən daha az istifadə etməklə) gətirə bilər.
Bundan başqa torpaq təbəqəsi və yaşıllıq səs izolyasiyasını yaxşılaşdırır.
Mənbə: "oxu.az"