Səbət

Azərbaycanda inşa ediləcək 240MVt gücündə "Xızı Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.

17 Yanvar 2022

blog_1642400371.webp
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron Külək Elektrik Stansiyasının yanvarın 13-də təməlqoyma mərasimi keçirilib.

layihə Xızı və Abşeron rayonları ərazisində həyata keçiriləcək. Hər birinin gücü 6.5 meqavat gücə malik turbinlərdən istifadə ediləcək.
Elektrik stansiyası ildə təxminən 1 milyard kilovat/saat elektrik enerjisi istehsal edəcək, 220 milyon kubmetr qaza qənaət olunacaq, atmosferə 400 min tondan çox CO2 emissiyasının atılmasının qarşısı alınacaq.
Layihənin 2023-cü ildə başa çatdırılması planlaşdırılır.
Bizə yazın