ABŞ-da alimlər ağac əsaslı akkumulyator hazırlayıblar - bu xammal elektrolit rolunu oynayır. İxtiraçıların əminliklərinə görə, onlar rekord keçiriciliyə nail ola biliblər.
Batareyanın istehsalı üçün ağacdan təmiz formada istifadə edilmir, ondan sellüloza nanolifləri alınır. Sonra polimer borular ağac və mis birləşməsindən hazırlanır. Nəticədə, batareyada keçiricilik digər oxşar akkumlyatorlardan 100 dəfə daha yaxşı ola bilər.
Yüksək səviyyəli elektrik xüsusiyyətləri ilə yanaşı, ağac əsaslı elektrolit gündəlik həyatda da rahatdır: o, asanlıqla əyilir və zərbəyə davamlılığı ilə seçilir. Nəhayət, litium batareyalarda olan uçucu mayelər kimi yanmır. İndi alimlər bu cür akkumulyatorların kütləvi istehsalını təşkil etməyin mümkün olub-olmadığını araşdırırlar.
Xəbərin orginalı rus dilində bu linkdə:⬇️⬇️⬇️ https://trends.rbc.ru/trends/industry/6177be989a79470b8f037ebf